
44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizintəntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndənqurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının millikimliyinin nə qədər yüksək olduğunun bütün dünyayanümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.
Məlumdur ki, müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsızmülki insanları hədəfə almaqla müharibə cinayətləritörətmişdi. Ermənistan silahlı qüvvələri tərəfindən vurulanzərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıxyaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxınmərmi və 227 raket atılmışdı. Döyüş meydanında məğlubduruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayışməntəqələrimizə raket hücumları edərək müharibə vəinsanlıq əleyhinə cinayətlər törətmişdi. Ermənistanın silahlıbirləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakınaciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayışbinaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşətutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu həlak olmuş, min nəfərdənartıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canıbahasına azad olunmuşdu. Ölkəmiz hər zaman mübarizoğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütünşəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad ediləntorpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyüyolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütünşəhidlərimizə dərin ehtiram əlaməti olaraq, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeydedilməsi qərara alınmışdır.
Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeydedilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər vəzabitlərimizin, qazilərimizin qanı və canı bahasınaişğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu günyazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühümamildir”.
Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davamedən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazibütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlınınfundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşınaBMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiqqətnamələrinin icrasını təmin etdi. Bu tarixi Qələbə iləişğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyataqədəm qoydular. Düşmən vandalizminin izlərini 30 ildirköksündə daşıyan əzəli torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.
Hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindənbərpa və yenidənqurma işlərini həyata keçirilir, məcburiköçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıladdımlar atılır. Artıq bir sıra istiqamətlərdə, xüsusənregionun enerji ilə təminatı, yol infrastrukturununqurulması, dəmir yolu xətlərinin və hava limanlarınıntikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanıyeni-yeni obyektlərin təməlinin qoyulması da işlərinardıcıllıqla davam etdiyini göstərir.
Hər il sentyabrın 27-si Anım günündə xalqımız Vətənmüharibəsi şəhidlərinin xatirəsini böyük hörmət və sayğıilə yad edir. Şanlı Zəfər naminə həyatlarını qurban vermişqəhrəmanlarımızı anılır. Onlar əsl vətənpərvərlik vəVətənə sədaqət nümunəsi nümayiş etdirərək özqorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyisayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazibütövlüyünü bərpa ediblər. Vətən müharibəsindəqəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağınıişğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmişəsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərinehtiramımızı bir daha bildirmək üçün bu gün təsisedilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhməteləsin, qazilərimizə şəfa, uzun və sağlam ömür versin!
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri



