26 Avqust – Laçının dirçəliş günü

26 Avqust Azərbaycan tarixində Laçınla bağlı xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilmişdir. Bu tarix Laçının yeni inkişaf mərhələsinin rəmzinə çevrilmişdir.
Laçın şəhərinin 2022-ci il avqustun 26-da nəzarətə götürülməsi uzun illər davam edən həsrətə son qoyan mühüm hadisə oldu. Həmin tarixdən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə yeni təkan verildi. Laçının siması qısa müddətdə əsaslı şəkildə dəyişməyə başladı.
Bu gün şəhərdə yaşayış binaları, sosial obyektlər, yollar, istirahət məkanları və istehsal müəssisələri yaradılır. Müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələr Laçının gələcək inkişafını uzunmüddətli perspektivdə təmin etməyə hesablanıb. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də bu baxışın göstəricisidir.
26 Avqust həm də keçmişlə gələcəyin qovuşduğu gündür. Bu tarix Laçının yaşadığı faciələri unutmadan yeni həyatın qurulmasını, sakinlərin doğma torpaqlara qayıdışını və şəhərin müasir inkişafını nümayiş etdirir.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının gənc fəalı



