
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib.
“Globalnews.az” xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.
Fransa millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe birinci pillədə qərarlaşıb. O, ümumilikdə 51 qolla yadda qalıb. Mbappe 32 dəfə çempionatda, 3 dəfə ölkə kubokunda, 11 dəfə beynəlxalq klub matçlarında, 5 dəfə isə yığmada rəqib qapılarına yol tapıb.
İkinci sırada İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn (50 qol) yer alıb.
İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən norveçli forvard Erlinq Holann qapayır – 43 qol



