Analitika

2023-cü ilin ilk altı ayının göstəriciləri də Azərbaycan bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır

“2023-cü ilin birinci yarın ilində də Azərbaycan uğurla inkişaf edib. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil edib. Bu dörvdə qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru isə ümumiyyətlə, 3 faizdən çox artıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi nəticəsində isə Azərbaycanın dövlət büdcəsi 36 milyard manatdan çox olub. Ölkəmizin xarici ticarət balansı da müsbət olub və profisit təqribən 10 milyard dollara yaxındır. Bir sözlə, 2023-cü ilin ilk 6 ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən altı ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və bu onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, əldə olunan iqtisadi yüksəliş aparılan islahatların nəticəsidir: “Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Qeyd edilməlidir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Ölkədə böyük sosial paketlərin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir”.

“Bir məqam da xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır: “Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad edilmiş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button