AnalitikaGündəmSiyasət

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu mənada yalnız tarix deyil, həm də gələcəyin rəmzidir

XX əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan çoxsaylı çətinliklərlə üz-üzə qaldı. Məhz həmin ağır illərdə Heydər Əliyevin siyasi dühası, milli maraqları hər şeydən üstün tutan mövqeyi ölkəmizi parçalanmaqdan, süqutdan xilas etdi. Onun yaratdığı dövlətçilik məktəbi gələcək nəsillər üçün güclü təməl oldu. O böyük xilaskarlıq missiyasını üzərinə götürərkən bir həqiqəti də açıq bəyan etmişdi: Azərbaycan əraziləri gec-tez işğaldan azad olunacaqdır. Bu gün biz qürurla deyə bilərik ki, Heydər Əliyev kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə ən ali zirvəsinə çatdırıldı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, ardınca Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin tam azad olunması dövlətimizin gücünü, xalqımızın iradəsini dünyaya nümayiş etdirdi.

2023-cü ilin 15 oktyabrında bu müqəddəs şəhərlərdə Azərbaycan bayrağının qaldırılması hərbi-siyasi qələbə deyildi, həm də milli ruhun, tarixi ədalətin bərpası idi. Tarixi diyarımız olan Qarabağ uzun illər boyu çətin sınaqlardan keçsə də bu gün biz həmin torpaqlarda azad, güclü və suveren bir dövlətin övladları kimi yaşayırıq. Ən böyük fəxrimiz odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların qəhrəmanlığı sayəsində xalqımız öz doğma yurdunda başı uca və qürurlu şəkildə ayaqdadır.

Bu gün biz bütün şəhidlərimizi, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlığı uğrunda mübarizə aparan igidlərimizi dərin ehtiramla yad edirik. İndi,həm də bu şəhərlərin gələcəyinə olan inamımızın, xalqımızın birlik və bərabərliyinin təntənəsidir. Ölkəmizin başçsının və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəfələrlə bu bölgələrə səfərləri, təməlqoyma mərasimlərində iştirakı, genişmiqyaslı quruculuq və bərpa işlərinə rəhbərlik etməsi Qarabağın dirçəlişinin aydın sübutudur. Onlar hər dəfə Qarabağa səfərlərində yeni sosial, mədəni və infrastruktur layihələrinin açılışını həyata keçirir, vətəndaşlarla səmimi görüşərək onların qayğı və arzularına həssaslıqla yanaşırlar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 14 sentyabr tarixində Qarabağa səfəri də, əvvəlki səfərlər kimi əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlinin qoyulması, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışı, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş doğma Qarabağın yeni intibahının, Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyinin göstərici idi.

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu mənada yalnız tarix deyil, həm də gələcəyin rəmzidir.

  Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button