AnalitikaGündəmSiyasət

20 Sentyabr – Azərbaycanın Ərazi Bütövlüyü və Suverenliyinin Tam Bərpa Olunduğu Gün

Dövlət suverenliyi anlayışı yalnız sərhədlərin toxunulmazlığı ilə deyil, həm də dövlətin öz ərazisində mütləq hakimiyyətə sahib olması ilə ölçülür. Otuz ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin müəyyən bir hissəsində separator qüvvələrin varlığı ölkənin tam suverenliyinə maneə törədirdi.

2023-cü il 20 sentyabr tarixi bu ədalətsizliyə son qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz konstitusiya quruluşunu tam bərpa etdiyi anı tərənnüm edir.

Bu gün Azərbaycanın müstəqil, güclü və vahid bir dövlət kimi mövqeyini yekun olaraq möhkəmləndirdi.

Vüsal Musayev,

YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button