AnalitikaGündəmSosial

2 Fevral – Gələcəyin qurucularına həsr olunan gün

Gənclər Günü hər bir xalqın gələcəyini formalaşdıran gənc nəslin cəmiyyətdəki rolunu vurğulayan, onların potensialını, enerjisini ön plana çıxaran xüsusi gündür. Hər il Azərbaycanda 2 Fevral tarixində qeyd olunan Gənclər Günü bizə göstərilən dövlət diqqətinin və inamının aydın nümunəsidir.

Biz cəmiyyətin ən dinamik və yaradıcı qrupuyuq. Yeniliyə açıq, təşəbbüskar və dəyişikliklərə hazırıq. Yeni işlərə başlamaqdan, ideyalar irəli sürməkdən, aktiv, iradəli olmalı və riskləri üzərimizə götürməkdən çəkinməməliyik.

Gənclər üçün yaradılan təhsil imkanları, beynəlxalq proqramlar, sosial və mədəni layihələr bizim potensialımızın reallaşmasına böyük şərait yaradır. Bu siyasətin nəticəsi olaraq biz ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməli, özümüzü kəşf etməli, bacarıqlarımızı üzə çıxarmalı, bir-birimizə dəstək olmalı, məsuliyyətli vətəndaş mövqeyi nümayiş etdirməliyik.

Gələcək bizim əlimizdədir. Güclü, savadlı, peşəkar və vətənpərvər gənclik isə güclü dövlətin başlıca bünövrəsidir. Əməli işimizlə təsdiqləməyə, dövlətimizin və liderimizin ətrafında daha sıx birləşməyə hazırıq. Ən böyük şüarımız: “Uğurlu gələcək bizimlə gələcək”.

Yaşasın Azərbaycan gəncliyi! Yaşasın cənab İlham Əliyev! Var olsun müstəqil və qalib Azərbaycan!

Aytac Şahverənli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button