15 iyun Azərbaycanın Milli Qurtuluş günüdür
1991 ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Bir qədər sonra isə sovetlər birliyi dağıldı. Lakin bütün bunlara baxmayaraq Azərbaycan təhlükə qarşısında idi. Belə ki, Azərbaycan kimi əlverişli təbii coğrafi şəraitə, zəngin təbii sərvətlərə malik ölkənin müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Bir tərəfdən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, onun potensialının zəifləməsi, bir tərəfdən daxildəki hakimiyyət çəkişmələri, səriştəsiz adamların hakimiyyətə gəlməsi, vəziyyəti daha da mürəkkəbləşdirmişdi.
Əslində Azərbaycan xalqının faciələri Ulu Öndərin siyasi hakimiyyətdən getməsindən sonra başladı. Belə ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında o zamankı Sov. İKP. MK siyasi bürosu və şəxsən Baş katib Mixail Qorbaçovin yeritdiyi siyasi xəttə etiraz olaraq istefaya çıxmasından iki həftə sonra erməni millətçilərinin moskvadakı himayədarları elə Qorbaçovun da razılığı ilə DQMV–nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi iddiasını qaldırdılar. Bu iddialardan sonra Azərbaycanlıların kütləvi və növbəti deportasiyası başlandı. O zamankı Azərbaycan rəhbərliyi bunların qarşısını ala bilmədi. Vəziyyət bir qədər də mürəkkəbləşdi. Xalqın milli azadlıq hərəkatı dalğası ilə hakimiyyətə gəlmiş AXC–Musavat cütlüyü və onların səriştəsiz fəaliyyəti nəticəsində ölkədə separatçılıq, özbaşınalıq, cəbhədə vahid komandanlığın olmaması, ölkə daxilində qardaş qırğını və vətəndaş qarşıdurmasına gətirib çıxardı. Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.
Bu dövrdə dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyə təhlükə yaratmışdı. Bütün ölkələrlə demək olar ki münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmiş və ölkəni sanki təcrid olunmuş vəziyyətə salmışdı. Qeyd etmək lazımdır ki o zamankı rəhbərlik vaxtında Ulu Öndəri hakimiyyətə dəvət edib onun ağsaqqal və müdrik məsləhətlərinə qulaq assaydılar nə 20 yanvar, nə Xocalı, nə Şuşa, nə Laçın və başqa faciələrimiz olmazdı.
1991-93-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdı. 1993-cü ildə Respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Bu dövrdə kriminal düşüncəli adamlar vəzifəyə gətirilməsi halları olmuşdur. Bu zaman hakimiyyət daxilində qruplaşmalar yaranmış və bu qruplar biri biri ilə mübarizə aparırdılar. Bu bir il ərzində AXC-Müsavat cütlüyünün bir ilik hakimiyyəti ölkədə anarxiya xaos özbaçınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhainin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Belə bir vəziyyətdə xalq çıxış yolunu Heydər Əliyevin simasında hakimiyyətə qayıdışda görürdü. 1993-cü il Gəncədə qiyam baş verdi. Vəziyyətin acınacaqlı olduğunu görən hakimiyyət mənsubları 1993-cü ilin iyunun 9-da Ulu Öndərin təkidlə Bakıya, hakimiyyətə dəvət etdilər. Xalqın və Respublikanın hakim dairələrinin təkidli xaişi ilə Bakıya gələn Heydər Əliyev dərhal Gəncəyə yola düşdü. O, Bakıdakı çıxışında da vurğuladı ki, hakimiyyətə gəlmək istəmir. Amma xalqın düşdüyü bu açınacaqlı vəziyyət taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verib yenidən hakimiyətə qayıtdı. Heydər Əliyev doğma vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai siyasi və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdi.
Bütün həyatıni canından artıq sevdiyi xalqına, vətəninə həsr etmiş müdrük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azrbaycanın banisi kimi yazılıb. Ulu Öndər Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Dahi Şəxsiyyətin tarixi missiyası üç mühüm amilə söykənirdi:
Xalqın Heydər Əliyevə olan möhkəm sarsılmaz inamı və dəstəyi.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü qüdrəti, əzəməti.
Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, vətəninə sonsuz və təmənnasız sevgisi.
Qurtuluş xalqımıza nə verdi? Əvvəla Azərbaycan parçalanmaq məhv olmaqdan qurtuldu. Asayiş və qayda–qanun bərqərar edildi. Soyğunçuluq, vətəndaş əmlakına qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi. Münaqişənin dinc yolla nizama salınmasına dair danşıqlara başlanıldı. İdarəetmə sistemi formalaşdırıldı. İnsanlara öz dövlətinə inamı artırıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişlərinə cəhdlərinə son qoyuldu. İlk parlament seçkilər keçirildi. Referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı. Ölkənin dünya birliyinə inteqrasiyası başlandı. Siyasi islahatlara start verildi. Çoxpartiyalı sistem yarandı.
Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu arasında yer alır. Ulu Öndərin ən böyük arzusu torpaqların bütövlüyünü görmək idi. O böyük inamla çıxışlarında bildirirdi ki, nəyin bahasına olursa olsun xalq öz doğma torpaqlarına qayıdacaq.
Bu gün Ulu Öndərin işini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Bu siyasət nəticəsində ölkəmiz yəni naliyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Həyata keçirilən uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ulu Öndərin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunması idi ki, onun layiqli davamçısı, Ali Baş Komandan Heydər Əliyevin məzarını ziyarət edərkən çıxışında bir daha vurğulandı. ”Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Bu gün Şəhidlərimizin Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan!” Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin dağıtdığı Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Əliyev Elçin,
Xəzər rayonu, 26 №li məktəbin müəllimi