Siyasət
“Bu, Ermənistanla Azərbaycana sərfəli olmalıdır”
“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün sərfəli olmalıdır”.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, KTMT məkanında münaqişələrdən uzaqlaşmaq lazımdır: “Bunlardan biri də Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Səbr və məsələnin həllini tapmaq cəhdləri hər iki tərəfə sərfəli olmalıdır”.