Siyasət

Suzan Elliott: Azad olunmuş ərazilərdə böyük infrastruktur işləri görülüb

Azad olunmuş ərazilərdə böyük infrastruktur işləri görülüb. Ən əsas olan isə odur ki, hazırda sülh danışıqları gedir.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada keçirilən “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda forumda Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott deyib.

O vurğulayıb ki, bölgədə sülhün olması inkişaf üçün vacibdir. “Görünən odur ki, bu işlərdə ABŞ və Avropa İttifaqı da yaxından iştirak edir. Biz burada sabitlik və sülhün olmasında maraqlıyıq. Moldova, Brüssel və Vaşinqtonda görüşlər keçirilib. Bölgədə sülh və davamlı inkişaf üçün atılan belə addımlar vacibdir. Burada kimin qalib, kimin məğlub olmasını müzakirə etmək uğursuz yanaşmadır, – deyə o bildirib.

Əsas məsələnin birlikdə yaşamağı bərpa etmək olduğunu diqqətə çatdıran Suzan Elliott deyib: “Bakı ilə İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir. Düşünürəm ki, ölkələr arasındakı belə müzakirələr gələcək üçün xüsusi əhəmiyyət kəsb edir”.

Oxşar Xəbərlər

Back to top button