Avropanın və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu gündən-günə artır
Bütün dünya dövlətlərində istifadə olunan enerji mənbələri arasında ən böyük pay neft və təbii qaza məxsusdur. 20-ci əsrdə dünyanın ən əhəmiyyətli enerji mənbəyi halına gələn neft dünya siyasətinə və iqtisadiyyatına rəhbərlik etdi. Neft kimi uzun müddətdə strateji mövqeyini qoruyacaq təbii qaz ilkin enerji mənbələri arasında mühüm yer tutur. Neft ehtiyatlarının azalması ilə yaranan boşluq təbii qaz ehtiyatları ilə doldurulacaqdır. Təbii qaz son illərdə istilik, elektrik enerjisi istehsalı və sənaye malları istehsalında əvəzolunmaz enerji mənbəyinə çevrilmişdir.
Enerji məsələləri beynəlxalq münasibətləri müxtəlif yollarla təsir edir. Əsrin əvvəlində imtiyazlı neft yataqları uğrunda mübarizə beynəlxalq münasibətlərin əsas müəyyənedicisi olmuşdur. Neft strategiyasının mühüm bir hissəsini təşkil edən “Əsrin müqaviləsi” nin Azərbaycan tarixində, ölkənin və xalqın iqtisadi və sosial inkişafında danılmaz bir yeri var. Bu saziş dünya bazarına yüksək keyfiyyətli neftlə təmin etməklə yanaşı, həm də Azərbaycan iqtisadiyyatına, xüsusən sənayeyə və neft sektoruna zəmanət verir modernləşməsi üçün bir mühit yaratmışdır. Müstəqil Azərbaycanın neft-qaz sənayesi tarixində baş vermiş və bundan sonra həyata keçiriləcək bütün layihələrə mayak olan 30 illik müddətə imzalanmış “Əsrin müqaviləsi”nin vaxtı 2017-ci il sentyabrın 14-də imzalanmış yeni sazişlə 2050-ci ilədək uzadıldı. Yenilik sayəsində Azərbaycanın AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6%-dən 25%-ə artırılır. Yataqlardan hasil edilən səmt qazı bütünlüklə Azərbaycana qalacaq, tərəfdar şirkətlər isə Azərbaycan dövlətinə 3,6 mlrd. dollar həcmində bonus ödəyəcəklər. Bütün bunlar ölkəmizin gələcək rifahından xəbər verir. Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin gələcək inkişafı ilə əlaqədar xarici ölkələrlə bağlanmış müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətciliyimizin və milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasının dərinləşməsinə, investisiya axınının genişlənməsinə, həmçinin də bütün bunlarla əlaqədar olaraq ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin daha da atmasına gətirib çıxaracaqdır. Neft-qazçıxarma sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi məqsədəuyğundur. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Azərbaycanın neft-qazçıxarma sənaye sahəsindəki geniş imkanları nəzərə alınmaqla ölkəmizdə dayanıqlı inkişaf dinamikasının təmin edilməsində regionların istehsal, maddi və resurs potensialından səmərəli istifadə edilməsi istiqamətində əlverişli şəraitin yaradılması və formalaşdırılmasına nail olmaq lazımdır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı