Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Parti Antalya vilayət təşkilatının qərargahını ziyarət edib
Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti Antalya vilayət təşkilatının qərargahını ziyarət edib.
Globalnews.az xəbər verir ki, AK Parti Antalya vilayət təşkilatının sədri Ali Çətin və Antalya AK Parti Millət vəkili Av. İbrahim Ethem Taş ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.
Görüşdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova və AK Parti Antalya vilayət təşkilatının sədri Ali Çətin və Antalya AK Parti Millət vəkili Av. İbrahim Ethem Taş çıxış edərək iki ölkə arasında münasibətlərin tarixin ən yüksək zirvəsində olduğunu və bu əlaqələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində daha da inkişaf edəcəyinə əminliyini ifadə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.