Gündəm

YAP Nizami rayon təşkilatının əməkdaşları və fəalları XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları və fəalları XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Globalnews.az xəbər verir ki, YAP Nizami rayon təşkilatının əməkdaşları və fəalları Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.

Oxşar Xəbərlər

Back to top button