Siyasət

YAP nümayəndə heyəti Çanaqqala şəhərində yaşayan türk ölkələrinin vətəndaşları ilə bir araya gəliblər

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çanaqqala şəhərində yaşayan türk ölkələrinin vətəndaşları ilə bir araya gəliblər.

Globalnews.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elnur Allahverdiyev və YAP Sabuçu rayon təşkilatının sədri Araz Xudadanov Türk dünyasının birliyi, qardaşlığı barədə danışıb, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button