Siyasət
YAP nümayəndə heyəti Sahibkarlar Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb
Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çanaqqalada Sahibkarlar Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb.
Globalnews.az xəbər verir ki, görüşdə Sahibkarlar Birliyinin İdarə Heyətinin sədri Abdullah Deniz, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elnur Allahverdiyev və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirak ediblər.
Görüşdən sonra hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.