Siyasət
Qardaş Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti Çanaqqala valiliyində olub
Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çanaqqala valiliyində olub, vali İlhami Aktaş ilə görüşüb.
Globalnews.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, UFAZ Universitenin rektoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elnur Allahverdiyev və YAP Sabuçu rayon təşkilatının sədri Araz Xudadanov, qardaş Türkiyə tərəfdən isə Çanaqqala millət vəkili Julidə İskəndəroğlu, AK partiya Mərkəzi İlçə başqanı Aynur Tuna Yavaş və digər rəsmilər iştirak edib.