Ulu Öndər və Azərbaycan dili
Aqillər deyib ki, xalqın millətin nəyini əlindən alırsansa al, o yaşayacaqdır. Dilimi əlimdən alsan o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qururdur. Dil yoxdursa, xalq da yoxdur.
Ümummilli lider Heydər Əliyev dövlət dili uğrunda ardıcıl mübarizə aparmış bəzi ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmək bütün qüvvələri səfərbər etmişdir.
1969-cu ilin iyul ayında respublikanın rəhbər seçilən Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir. Həmin dövrdə belə bir addım, həqiqətən, bir cəsarət istəyirdi bə ən başlıcası millilik, soy-kökə bağlılıq anlamına gəlirdi. Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra ADU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə – Azərbaycan dilində danışırdım. Bu böyük sensasiya kimi qarşılandı. Necə olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğurdan da bunu böyük hadisə kimi qəbul etdilər”.
Böyük öndər yenə həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq saşır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözünü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
Ümummilli lider Azərbaycan dilinin adını özünə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsvermesi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziiyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbulu zamanı çıxışından (6 fevral 2003-cü il).
Türk dünyası yazıçılarının III qurultayında Heydər Əliyev çıxış edərək demişdir: “Hər bir xalqın milliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”
Azərbaycan dilinin inkişafı onun yabançı təsvirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir.
Məmmədova Əzizə,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi