Analitika

Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb

“Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrasını yerində yoxlamaq məqsədilə Salyan və Neftçala rayonlarında səfərdə olub, bir sıra sosial-iqtisadi obyektlərin açılışında iştirak edib, çıxışında mühüm məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. Belə Pezident İlham Əliyevin çıxışından bəlli olur ki, ötən gün Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərildi və bu gün Azərbaycan Ordusu 2 il öncəsinə rəğmən qat-qat güclüdür. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Qarabağda və Şərqi infrastruktur layihələri icra edilir, dəmir, avtomobil yolları, elektrik, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir, həmçinin iki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir, ikinci böyük yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir”.

Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi imzalanması təklifini irəli sürüb və məlum beş prinsipi ortaya qoyub: “Nəticə etibarilə Ermənistan Azərbaycanın yanaşması ilə razıdır. Eyni zamanda, ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Azərbaycanın da niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, qarşıdurmaya son qoyulsun”.

“Prezident İlham Əliyev çıxışında növbəti dəfə erməni separatçılarını xəbərdar  edib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdır: “Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar ki, bu insanlar rahat yaşasınlar. Separatçılar anlamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır. Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.

Oxşar Xəbərlər

Back to top button