Analitika

Azərbaycan-Qazaxıstan münasibətləri  qardaşlığın yeni mərhələsində  davam etməkdədir

Qazaxıstan-Azərbaycan əlaqələri qədim tarixə söykənir. Hər iki ölkənin xalqlarının dil və din birliyi bu məsələdə əsas amillərdən biri hesab edilir. Eyni tarixi dövrün sınaqlarında çıxmış iki dövlət SSRİ tərkibində müttəfiq respublikalar olmuşdur. XX əsrin son onilliyindən etibarən respublikalar arasındakı münasibətlər yeni bir dövrə qədəm qoydu. Müstəqilliklərini yenidən əldə edən hər iki dövlət bu yolda qarşılıqlı müttəfiqlik əlaqələrinə xüsusi önəm verdilər. Bu gün də iki ölkə arasındakı əlaqələri yeni mərhələ də, yeni istiqamətlərdə inkişaf etməkdədir. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habela bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun simvoludur. Bu addım iki dövlət arasındakı dostluq əlaqələrinin rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı göstərilmiş bu ehtiramı heç vaxt unutmayacaq.

Müttəfiqlik münasibətlərinin yeni mərhələyə qədəm qoyması bugünün reallığıdır. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlməkdədir. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın bizə əmanəti, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Bu inkişaf etməkdə olan beynəlxalq münasibətlərin əsas şərtidir.

Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirməyə çalışırıq. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin etməkdədir. Əmtəə dövriyyəsinin milyard dollara çatmasını təmin etməliyik. Biz sahib olduğumuz infrastrukturu, sənaye potensialını qarşılıqlı tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq. Əsas məsələ isə əmtəə dövriyyəsini artırmaqla bağlıdır. Beynəlxalq müstəvidə qarşılıqlı dəstək nümayiş etdirən əlaqələrimiz mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimiz üzv olduğu təşkilatlarda bir-birimizə dəstək veririk. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirən əsas göstəricidir.

Nəzərə almalıyıq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb. Bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bu bizim gələcək üçün hədəflərimizin başlanğıcıdır.

Bu məsələdə ədalətli sülhün önəmli şərtləri bizim nəzərimizdədir. Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür. Bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək. Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə sahiblik edir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir.

Səfər çərçivəsində  iki dövlət arasında  bir sıra sənədlər imzalanmışdır. Bu sənədlərin məzmunu təhsil, iqtisadiyyat, informasiya kimi bir çox sahələri əhatə edir. Təyin edilmiş yeni hədəfləri qarşılıqlı münasibətlərin inkişafı üçün mühüm rol oynayacaq.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button