Analitika

Qazaxıstanla Azərbaycan arasında əlaqələr çox sürətlə inkişaf edir

Qazaxıstanla Azərbaycanı təkcə milli tarixi köklər deyil, sıx iqtisadi–siyasi müttəfiqlik əlaqələri birləşdirir. Hər iki ölkə Xəzər regionunda geostrateji mövqeyinə görə fərqlənməklə bərabər, inkişaf templərinə görə də MDB–də lider ölkələr kimi tanınır. Azərbaycan Qazaxıstan münasibətlərində otuz il ərzində böyük təməl qoyulub, lakin indiki səfərin vacib olmasının səbəbi ondan ibarətdir ki, həm regionumuz, həm də bütövlükdə Avrasiya çox mühüm proseslərdən keçir. Bu proseslərin açarı keçmiş orta əsr logistik nəqliyyat potensialının bərpasıdır. Tranzit və nəqliyyat gücü qədim türk dövlətlərinin bünövrəsini və digər sivilizasiyalardan üstünlüyünü təşkil edirdi. Hazırda o, bərpa olunur və türk xalqlarını, ilk növbədə Qazaxıstan, Azərbaycan və Türkiyəni birləşdirmək ideyasının əsasını təşkil edir.

Ümumiyyətlə, son illərdə dünya iqtisadiyyatında türk dövlətlərinin iqtisadi potensialının artması daha dinamik şəkildə hiss olunmaqdadır. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi əlaqələrə əsaslanır.

Prezident İlham Əliyevin Prezident Kasım-Jomart Tokayevlə geniş tərkibdə görüşdə dediyi kimi, humanitar yol Azərbaycanla Qazaxıstan arasında dövlətlərarası münasibətlərin üzərində formalaşdığı təməldir.

“Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik”, – dövlət başçısı deyib. Azərbaycan türk xalqları arasında əməkdaşlıq prosesində, xüsusən də türk irsinin və onun dünya tarixinin inkişafı və öyrənilməsində həmişə əsas lokomotivlərdən biri olub.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button