“Mənim dövrüm bitir…”
“Belarusun yeni Konstitusiyası respublika prezidenti üçün nəzərdə tutulmayıb”.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətində bildirib.
O, yenilənmiş Konstitusiyanın qəbulunu Belarus dövlətinin ən mühüm nailiyyəti adlandırıb.
Bundan əlavə, Lukaşenko Konstitusiyanı özü üçün hazırlatması barədə yayılan məlumatlara da aydınlıq gətirib: “Mən bunu etməmişəm, açığını deyim, mən bu prosesə qarışmamışam. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən yaradılmış Konstitusiya Komissiyası bu təklifləri verib. Bütün bunlar açıq şəkildə edilib, ona görə qınağa ehtiyac yoxdur. Bundan çıxış etsək deyim ki, inanın, mənim dövrüm bitir və mən özüm üçün heç bir Konstitusiya hazırlatmayacam”.
Onun fikrincə, gələcək (övladlar, nəvələr) haqqında düşünmək lazımdır ki, onlar dinc və müstəqil ölkədə yaşasınlar: “Başa düşürəm ki, Lukaşenko olmasa, onun övladları hər tərəfdən təzyiqlə üzləşəcək. Bu isə mənim üçün də, sizin üçün də qəbuledilməzdir”.
Qeyd edək ki, A. Lukaşenko Belarusa 1994-cü ildən rəhbərlik edir.