Siyasət

Prezident deputata qarşı terror aktı ilə bağlı göstəriş verdi

Azərbaycan Prezidenti İlham Əliyev terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanın tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edən Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verib. 

Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

Oxşar Xəbərlər

Back to top button