Analitika

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb. Digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq Laçın qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və belə də oldu. Ölkə başçısı vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.

Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyəti üçün Laçın dəhlizi ən həssas iki-üç məsələdən biridir. Son vaxtlar Azərbaycan rəsmiləri bəyanatlar verərək açıq bildirirdilər ki, Laçın dəhlizi vasitəsi ilə silah-sursat, minalar daşınır, erməni silahlı qüvvələrinin rotasiyası baş verir. Moskvaya açıq mesaj verilirdi ki, Rusiya tərəfi 10 noyabr Üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü missiyaya uyğun davranmır. Digər tərəfdən, Laçın dəhlizindəki qəbuledilməz situasiyanın vurğulanması Azərbaycanın regionda təhlükəsizlik məsələlərinə diqqəti cəlb etməsi ilə bağlı idi. Bakı bununla yanaşı işarə edirdi ki, imkanı olsa da, Laçın dəhlizində yolu heç zaman bağlamayıb. Bu işi daha çox sülhməramlı funksiyasını aşan RSQ edir.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800 kvadratkilometrdir. Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfaının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Rayonun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. Faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddura. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Natiqə Əliyeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button