Analitika

“Siyasi partiyalar haqqında” qanun siyasi qanunvericiliyimizin əsas sütunudur

Bu mövzu haqqında fikir bildirmək üçün ilk növbədə Azərbaycan Respublikası siyasi qanunvericilik tarixinin inkişaf yoluna nəzər salmaq lazımdır. Belə ki, müstəqillik yoluna qədəm qoyan gənc respublikada siyasi konfiqurasiyanın yaranıb formalaşması və öz inkişafına başlaması labüd idi. Çünki, bu haqda məsələ Milli Məclisdə, müxtəlif siyasi partiyaların rəhbərləri tərəfindən Milli Məclisin sədrinə müraciət edilmişdi. Qeyd etdiyim kimi, siyasi sistematikanın yaranması və bu haqda olan məsələlərin qanunvericilik çərçivəsində aparılması respublikamız üçün çox vacib idi.

Beynəlxalq arenalarda cərəyan edən proseslər, Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiya, müxtəlif çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin mükəmməlləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını lazımlılığını göz önünə gətirirdi. 

İndi isə qanunun siyasi şərhinə keçid edək. Qanunda ən diqqəti cəlb edən məqamlardan biri, 3-cü maddənin ilk bəndidir. Bənddə deyilir ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu cümlə nə qədər sadə görünsə də, siyasi şərhi bir o qədər mürəkkəb və genişdir. Demokratiyada dünya təcrübəsini ölkədə sərgiləyən dövlətimiz bu qanunda yer alan qeyd etdiyim maddənin bəndini tam şəffaflığı ilə icra etməkdədir. Ölkədə siyasi plüralizmin olması göz qabağındadır, həmin siyasi partiyaların mövcudluğu, inkişafı və eləcə də fəaliyyətləri müasir dünyamızın tələb və şərtlərinə uyğun qaydada həyata keçir. Bax bu, cəmiyyətimizin siyasi mədəniyyətə malik olmasıdır. Layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələr də nəzərə alınıb.

Xülasə, yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button