Həm iqtidar, həm də müxalifət siyasi dialoq prinsiplərinə sadiq olmalıdır
Siyasi dialoq, bir dövlətin siyasi problemlərinin həllinə yönlənmiş bir mənada iki və ya daha çox siyasi qüvvə və ya tərəf arasında keçirilən müzakirələri ifadə edir. Bu müzakirələr, fərqli siyasi mənbələrə sahib olan fərqli tərəflər arasında baş verən münaqişələrin və qarşılıqlı anlaşmazlıqların həllinə kömək edir. Dövlətlər arasında aparılan siyasi dialoqların çoxsaylı məqsədləri olur. Bu məqsədlər arasında, dünya sülhü və istirahətini təmin etmək, regionlar arasında müharibə və qarşıdurmanın qarşısını almaq, demokratik prinsipləri qorumaq və insan hüquqlarını qorumaq, dövlətlərarası əməkdaşlığı inkişaf etdirmək, ərazilər arasında ticarət və iqtisadi münasibətlərin gücləndirilməsi və s. sayıla bilər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.
İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı cənab Prezident çıxışında bildirmişdir ki, Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.
Son olaraq düşünürəm ki, Ölkə başçısı tərəfindən görülən bütün işlər, aparılan genişmiqyaslı dövlət siyasəti xalqımızın rifahına, gələcək nəslin sağlam inkişafına xidmət edir. Biz də öz növbəmizdə mütləq şəkildə ölkəmizin ətrafında möhkəm biləşməliyik və bütün gücümüzü əzəli düşmənimiz olan erməniləri danışıqlar masasında da bir daha dediklərimizi qəbul etməyə məcbur ətməliyik.
Taryel Abdalov,
Xəzər rayonu, 123 nömrəli məktəbin müəllimi