Siyasət

Qeyri-qanuni erməni birləşmələrinin qanunsuz hərbi daşınması davam edir

Martın 24-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşıma həyata keçirən koloniyanın hərəkəti aşkar edilib.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd BTR-82A döyüş maşınının, Ermənistana məxsus 3 ədəd “KamAZ”a məxsus kölgəlik və yanacaq çəni olan “KamAZ” markalı avtomobilin hərəkəti Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Rusiya sülhməramlı kontingentinin həyata keçirdiyi bu cür fəaliyyətlər Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı öz vəzifələrinin yerinə yetirilməməsidir.

Öz vəzifə və öhdəliklərinə zidd olaraq canlı qüvvə, sursat, mina, habelə digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz erməni birləşmələrinin sərbəst hərəkətinə şərait yaradılması kobud cinayətdir, əldə edilmiş razılaşmaların sülhməramlı kontingent tərəfindən pozulmasıdır. Belə hallar dərhal dayandırılmalıdır.

Belə mütəmadi olaraq həyata keçirilən qanunsuz fəaliyyətlər Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun sonunda Azərbaycan sərhəd-keçid məntəqəsinin və nəzarət məntəqəsinin yaradılmasının zəruriliyini nümayiş etdirir.

Oxşar Xəbərlər

Back to top button