GündəmSiyasət

YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Əzim Əzimzadə küçəsi, 18” ünvanı üzrə fəaliyyət göstərən ərazi partiya təşkilatında görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə yeni təyin olunmuş Sevinc Əhmədovaya uğurlar arzulanıb, təhsil sahəsində qarşıda duran vəzifələr, məktəbin fəaliyyət istiqamətləri və partiya işinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və 214 nömrəli tam orta məktəbin direktoru Sevinc Əhmədova çıxış ediblər.

Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun əhəmiyyəti, partiyanın ölkəmizdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai-siyasi həyatın inkişafında rolu vurğulanıb. Təhsil müəssisələrində milli-mənəvi dəyərlərin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun aşılanmasının, ideoloji təhlükəsizliyin təmin olunmasının, gənc nəslin milli kimlik və Azərbaycançılıq ideologiyası əsasında yetişdirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda keçirilən səsvermənin nəticələrinə əsasən, Əhmədova Sevinc Rəsul qızı yekdilliklə “Əzim Əzimzadə küçəsi, 18” ərazi partiya təşkilatının sədri seçilib.

Yeni seçilən sədrə məsul vəzifəsində uğurlar arzulanıb.

Oxşar Xəbərlər

Back to top button