AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Tarixi Ədalətin Təntənəsi və Gələcəyə İnanc

Kəlbəcərin işğaldan azad edilməsi beynəlxalq hüququn və tarixi ədalətin Azərbaycanın öz gücü hesabına bərpa olunduğu möhtəşəm hadisədir. 25 noyabr tarixi xalqımızın yaddaşına zəfər və qürur günü kimi yazıldı. Bu qələbə Vətən müharibəsində qazanılan şanlı Zəfərin məntiqi və qürurverici davamı oldu.

Hazırda Kəlbəcər özünün ən sürətli bərpa və inkişaf mərhələsini yaşayır. Müasir infrastruktur layihələri, yaşıl enerji təşəbbüsləri və Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər bölgəni gələcəyin nümunəvi məkanına çevirir. Doğma ocaqlarına qayıdan insanların xoşbəxtliyi bu zəfərin ən dəyərli bəhrəsidir.

Bu azadlıq xalqımızın öz gücünə olan inamını daha da möhkəmləndirdi və gələcəyə baxışını aydınlatdı. Kəlbəcərin mədəni irsi, təbii sərvətləri və mənəvi dəyərləri yenidən öz doğma məkanında dirçəlir. Bu torpaqlar bundan sonra əbədi olaraq sülh və tərəqqi içində yaşayacaqdır.

Tarixi ədalətin təntənəsi olan azad Kəlbəcər gələcək nəsillərə firavan və abad şəkildə əmanət edilir. Uca dağların başında dalğalanan üçrəngli bayrağımız bu torpağın əbədi sahibinin kim olduğunu bütün dünyaya göstərir. Kəlbəcər əbədi olaraq bizimdir!

Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button