AnalitikaDünyaGündəmSiyasət

Ho Şi Minin Bakı səfəri: Dostluğun tarixi başlanğıcı

1959-cu il iyulun 23-də Vyetnam xalqının böyük öndəri Ho Şi Minin Bakıya səfəri Azərbaycan–Vyetnam münasibətlərinin tarixində mühüm hadisə olub. Bu səfər iki xalq arasında qarşılıqlı hörmətin və dostluğun möhkəmlənməsinə böyük töhfə verib.

Ho Şi Min Azərbaycanda olduğu müddətdə Bakı neft sənayesi ilə yaxından maraqlanıb. Azərbaycanın neft hasilatı, mühəndislik təcrübəsi və sənaye potensialı Vyetnam rəhbərinin diqqətini cəlb edib. O, Azərbaycan mütəxəssislərinin təcrübəsindən Vyetnamın iqtisadi inkişafında istifadə edilməsinə xüsusi əhəmiyyət verib.

Səfərdən sonra iki ölkə arasında neft sənayesi sahəsində əlaqələr daha da genişlənib. Vyetnamlı mütəxəssislərin Bakıda təhsil alması və Azərbaycan neftçilərinin Vyetnamda fəaliyyəti bu münasibətlərin praktiki nəticələrindən olub.

Ho Şi Minin Bakı səfəri yalnız diplomatik hadisə deyil, həm də iki xalq arasında dostluğun mənəvi rəmzidir. Bu tarixi hadisə Azərbaycan və Vyetnam xalqlarının bir-birinə göstərdiyi ehtiramın yaddaşlarda qorunmasına xidmət edir.

Bu gün Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi həmin tarixi dostluğun davamıdır. Ho Şi Minin Bakı ilə bağlı xatirəsi iki ölkəni birləşdirən möhkəm dostluq körpüsünün mühüm hissəsidir.

Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button