AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsi

Yeni Azərbaycan Partiyasının son iki onillikdən artıq dövrdəki inkişafı partiyanın Sədri, Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi altında partiya həm ideoloji, həm də təşkilati baxımdan yenilənərək müasir siyasi çağırışlara cavab verən dinamik quruma çevrilmişdir. Bu dövr Azərbaycanın sürətli inkişafı və beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə səciyyələnir.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilmiş, infrastruktur layihələri reallaşdırılmış və sosial müdafiə sistemi gücləndirilmişdir. Yeni Azərbaycan Partiyası bu nailiyyətlərin təbliğində və ictimai dəstəyin formalaşdırılmasında mühüm rol oynamışdır. Partiya sıralarının kəmiyyət və keyfiyyət baxımından artması bu uğurların göstəricisidir.

Dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Yeni Azərbaycan Partiyasının tarixində xüsusi səhifə açmışdır. Böyük Qayıdış proqramının icrası və azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlər partiyanın fəaliyyətində də əsas istiqamətlərdən birinə çevrilmişdir. Bu proseslər milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Yeni Azərbaycan Partiyasının 34-cü ildönümündə partiya Sədrinin müəyyənləşdirdiyi strateji hədəflər cəmiyyətin gələcəyə inamını artırır. Partiya bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətlənməsi naminə fəaliyyətini əzmlə davam etdirəcəkdir. Bu mərhələ partiyanın tarixində yeni uğurların əsasını qoyur.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button