AnalitikaGündəmSiyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq vəgələcəyə baxış

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam XəbərAgentliyinə (VNA) verdiyi müsahibə Azərbaycanın xarici siyasətininprioritetlərini, beynəlxalq əməkdaşlıq strategiyasını və Vyetnamla münasibətlərininkişaf perspektivlərini əks etdirən mühüm siyasi hadisədir. Dövlət başçısımüsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin tarixi köklərinə, siyasi dialoqunmövcud vəziyyətinə, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə, enerji vənəqliyyat sahələrində yeni imkanlara, eləcə də humanitar və mədənimünasibətlərin inkişafına ətraflı toxunmuşdur. Prezident İlham Əliyev iki ölkəarasında münasibətlərin təxminən yetmişillik tarixə malik olduğunu vurğulayaraqbu dostluğun əsasının görkəmli dövlət xadimlərinin səyləri nəticəsindəqoyulduğunu qeyd etmişdir. 1959-cu ildə Vyetnamın dövlət xadimi Ho Şi MininBakıya səfəri, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilənümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin tarixində mühümmərhələlər olmuşdur. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə səfərin səkkiz gündavam etməsi və Vyetnamın müxtəlif bölgələrini əhatə etməsi Azərbaycantərəfinin bu münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirirdi. Sonrakı illərdə dəəlaqələr ardıcıl şəkildə inkişaf etdirilmiş, 2014-cü ildə Prezident İlham ƏliyevinVyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavabsəfəri siyasi dialoqun genişlənməsinə mühüm töhfə vermişdir. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To LamınAzərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji Tərəfdaşlıqhaqqında Birgə Bəyannamənin qəbul edilməsi isə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.

Dövlət başçısının müsahibəsində iqtisadi-ticari əməkdaşlıq məsələlərinə xüsusidiqqət yetirilməsi Azərbaycan və Vyetnam arasında mövcud iqtisadi potensialındaha geniş şəkildə reallaşdırılmasının vacibliyini ortaya qoymuşdur. Prezidentİlham Əliyevin bildirdiyinə görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasındaticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötmüşdür. Bununla belə, hər ikidövlətin malik olduğu iqtisadi imkanlar daha yüksək nəticələr əldə etməyə şəraityaradır. Energetika sahəsində SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasındaəməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmışAnlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texnikixidmətlər, mütəxəssislərin hazırlanması kimi istiqamətləri əhatə edir. Bununlayanaşı, Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrə maraq göstərməsi investisiyaəməkdaşlığının inkişafı baxımından diqqətəlayiqdir. 2026-cı ilin sentyabrındaBakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəbu şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əlaqələrin praktiki nəticələrləzənginləşdirilməsinə xidmət edir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistikaimkanları da müsahibədə mühüm istiqamətlərdən biri kimi təqdim olunmuşdur. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəmizin ərazisindən keçən tranzityükdaşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminənaltı dəfə artaraq 8 min tonu ötməsi bu sahədəki inkişafı nümayiş etdirir. OrtaDəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə VyetnamdanAvropaya və əks istiqamətdə yüklərin daşınması üçün Azərbaycanın yaratdığıimkanlar iki ölkənin iqtisadi münasibətlərinə yeni perspektivlər açır.

Müsahibədə humanitar, təhsil və mədəniyyət əlaqələrinin xalqlar arasındadostluğun möhkəmləndirilməsindəki roluna da geniş yer ayrılmışdır. Prezidentİlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamla humanitar əməkdaşlığıninkişafına verdiyi töhfələri xüsusi vurğulamışdır. Fondun Ha Giang əyalətindəibtidai məktəbin tikintisinə dəstəyi, təhsil təşəbbüsləri və sosial layihələr iki ölkəarasında münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığınıgöstərir. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevanınVyetnama səfəri, ölkənin rəsmi şəxsləri və yaradıcı ziyalıları ilə görüşləri, HanoyTicarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi humanitar əlaqələringenişlənməsinə mühüm töhfə vermişdir. Təhsil sahəsində əməkdaşlığın da zəngintarixi vardır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycandatəhsil alması xalqlarımız arasında yaranmış möhkəm intellektual və mənəvibağların göstəricisidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və SənayeUniversitetində Ho Şi Minin xatirə otağının açılması bu dostluq tarixininyaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət sahəsində isəAzərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti, eləcə dəonun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə edilərək 2026-cı ildə Hanoyda təqdim olunması iki xalqın mədəni əlaqələrinin tarixi dərinliyininümayiş etdirir. 2026-cı ildə Vyetnam Günləri festivalının ilk dəfə Bakı və Qəbələşəhərlərində keçirilməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlərtoplusunun Azərbaycanda nəşr edilməsi də qarşılıqlı mədəni mübadiləningenişləndiyini göstərir. Azərbaycan tərəfindən 2024-cü ildə Vyetnamda baş vermiş“Yaqi” fırtınasının və 2025-ci ildəki genişmiqyaslı daşqınların nəticələrinin aradanqaldırılması üçün maliyyə yardımının göstərilməsi isə dostluğun çətin anlardanümayiş etdirilən həmrəyliklə daha da möhkəmləndiyini təsdiqləyir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibənin mühümməqamlarından biri də qarşıdakı rəsmi səfərlə bağlı gözləntilər və gələcəkəməkdaşlığın istiqamətləri olmuşdur. Dövlət başçısı Vyetnamı Cənub-ŞərqiAsiyanın dinamik inkişaf edən ölkəsi, Azərbaycanı isə Cənubi Qafqazın mühümnəqliyyat, logistika və enerji mərkəzi kimi xarakterizə etmiş, iki dövlətinimkanlarının birləşdirilməsinin yeni bazarlara çıxış, birgə layihələrin həyatakeçirilməsi və investisiya əlaqələrinin genişləndirilməsi üçün əlverişli şəraityaradacağını bildirmişdir. Bu yanaşma Azərbaycanın xarici siyasətində qarşılıqlıhörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqların uzlaşdırılmasınaəsaslanan prinsiplərin əhəmiyyətini bir daha nümayiş etdirir. Müsahibədə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığıninkişafına da toxunulması siyasi münasibətlərin yalnız dövlət qurumları iləməhdudlaşmadığını, eyni zamanda siyasi təşkilatlar səviyyəsində də davametdiyini göstərir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda qarşılıqlıəməkdaşlıq da iki ölkənin siyasi dialoqunun mühüm istiqamətlərindəndir. Beləliklə, 19 noyabr tarixli müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixiəsaslarını, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf perspektivləriniəhatə edən geniş məzmunlu siyasi çıxış kimi diqqət çəkir. Tarixi dostluq ənənələriüzərində qurulan münasibətlərin energetika, iqtisadiyyat, nəqliyyat, təhsil, elm vəmədəniyyət sahələrində yeni layihələrlə zənginləşdirilməsi hər iki xalqınmaraqlarına xidmət edən mühüm istiqamətdir. Bu müsahibə Azərbaycanınbeynəlxalq əməkdaşlıq siyasətinin çoxşaxəli xarakterini və Asiya regionu iləəlaqələrin inkişafına verilən əhəmiyyəti bir daha gündəmə gətirmişdir.

Aida Əliyeva,
YAP
Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button