
Doğma torpaq insanın yaddaşında heç vaxt solmayan xatirələrin, ən ülvi duyğuların və mənəvi bağlılığın ünvanıdır. Ağdam daminlərlə insanın həyatında belə müqəddəs məna daşıyan, hərzaman sevgi və ehtiramla xatırlanan şəhərlərimizdəndir. Buqədim yurd Qarabağın zəngin tarixini, xalqımızın mədəni irsinivə milli ənənələrini özündə yaşadır. Ağdamın adı çəkiləndəinsanın gözləri önündə bir vaxtlar abad küçələri, yaşıl bağları, məktəbləri, mədəniyyət ocaqları və mehriban insanları ilətanınan doğma şəhər canlanır. Onun tarixi Azərbaycan xalqınınkeçmişi, mübarizəsi və gələcək arzuları ilə sıx bağlıdır.
Uzun illər davam edən işğal Ağdamın həyatında ağır izlərburaxmış, şəhərin tarixi-mədəni irsinə böyük zərər vurmuşdur. Doğma evlərindən uzaq düşən insanlar illərlə qayıdış günününhəsrəti ilə yaşamış, öz yurdlarının xatirəsini qəlblərində qoruyubsaxlamışlar. Ağdamlıların bu həsrəti zaman keçdikcə dahaböyük bir milli arzuya çevrilmişdir. Azərbaycan xalqı heç vaxtöz tarixi torpaqlarını unutmadı, dövlətimiz isə ərazibütövlüyünün bərpası istiqamətində ardıcıl və qətiyyətli siyasəthəyata keçirdi. Nəhayət, 2020-ci ildə Vətən müharibəsindəqazanılan tarixi Qələbə bu arzuların gerçəkləşməsinə imkanyaratdı.
Noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad olunmasıxalqımızın yaddaşına əbədi həkk olunan tarixi hadisədir. Bu günAzərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslıyenidənqurma layihələri Ağdamın gələcək inkişafının möhkəməsaslarını yaradır. Şəhərdə müasir yaşayış məhəllələri salınır, yollar və kommunal şəbəkələr yenilənir, sosial obyektlər inşaedilir, iqtisadi potensialın genişləndirilməsi istiqamətindəmühüm tədbirlər görülür. Bütün bu layihələr Ağdamın müasirşəhərsalma prinsipləri əsasında yenidən qurulmasına, sakinlərinrahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Şəhərin tarixi simasının qorunması və milli-mədəni irsininyaşadılması da bu prosesin mühüm istiqamətlərindəndir.
Bu gün Ağdam yenidən doğulur, öz tarixi şöhrətinə qovuşmaqistiqamətində inamla irəliləyir. Doğma yurda qayıdan insanlarınsevinc dolu baxışları, yeni evlərdə yanan işıqlar və şəhərdəcanlanan həyat Azərbaycan xalqının böyük Zəfərinin ən gözəlmənzərəsidir. Ağdam Şəhəri Günü hər birimizə Vətənə sədaqət, milli birlik, dövlətçilik və tarixi yaddaş kimi dəyərlərinəhəmiyyətini xatırladır. Biz inanırıq ki, Ağdam gələcəkdə dahaabad, daha müasir və daha gözəl şəhər kimi inkişaf edəcək, burada böyüyən yeni nəsillər öz doğma yurdlarının tarixi ilə fəxredəcəklər. Ağdamın səmasında daim sülhün, əmin-amanlığın vəxoşbəxt gələcəyin işığı parlasın!
Cəlal Abdullayev,
Milli Aviasiya Akademiyasının tələbəsi, Xəzər rayonunun gənc fəalı



