AnalitikaGündəmSiyasət

Əbədiyyət Yolunda Dalğalanan Azərbaycan Bayrağı

Zamanın çarxı fırlandıqca, illər bir-birini əvəz etdikcə Azərbaycanın üçrəngli bayrağı əbədiyyət yolunda daha da uca zirvələrə doğru inamla irəliləyir. Keçmişin şanlı dərsləri, bu günün qürurlu reallıqları və gələcəyin böyük hədəfləri bu bayrağın kölgəsində birləşmişdir. Xalqımız bu müqəddəs rəmzin ətrafında sıx birləşərək əbədi suverenliyini qoruyub saxlayır.

Hər bir yeni nəsil bu bayrağın mənasını dərindən dərk edərək onu özündən sonrakılara daha şərəfli şəkildə ötürmək üçün çalışır. Əbədiyyət yolçusu olan bayrağımız xalqımızın ölməzliyinin və sarsılmaz iradəsinin göylərdə yazılmış manifestidir. O, heç vaxt köhnəlməyən, əksinə, hər zaman gənc və əzəmətli qalan milli sərvətimizdir.

Gələcəyin qüdrətli Azərbaycanı məhz bu bayrağın işığında daha da böyük uğurlara imza atacaqdır. Onun dalğalandığı hər bir qarış torpaq əbədi olaraq azad və toxunulmaz qalacaqdır. Əbədiyyət bizim tariximizin dəyişməz qanunudur.

Məmməd Əmin Rəsulzadənin dediyi müdrik kəlam əbədi olaraq qəlbimizdə yaşayacaqdır: “Bir dəfə qaldırılmış bayraq bir daha enməz!” Bu əbədi həqiqət altında yaşayan qürurlu Azərbaycan xalqı hər zaman zirvələrdə olacaqdır. Azərbaycan bayrağı əbədiyyətə qədər bizim şərəfimiz və şöhrətimiz olaraq qalacaqdır.

İlkin Nəcəfov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button