AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – Azərbaycanın Əbədi Suverenliyinin və Gələcəyinin Rəmzi

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin – tam suverenlik və ərazi bütövlüyü dövrünün əsasını qoydu. Bu zəfər Azərbaycan dövlətinin öz torpaqları üzərindəki mütləq hakimiyyətini bütün dünyaya təsdiqlədi.

Şuşanın azadlığı təkcə keçmişin bərpası deyil, həm də Azərbaycanın parlaq gələcəyinə açılan qapıdır. Şəhərdə aparılan sürətli quruculuq işləri, beynəlxalq əhəmiyyətli layihələr və yaradılan yeni həyat ölkəmizin strateji inkişaf hədəflərinin tərkib hissəsidir.

Hər il qeyd olunan 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü xalqımızın yaddaşında əbədi qürur mənbəyi kimi yaşayacaqdır. Bu tarix gələcək nəsillərə vətənpərvərlik, birlik və dövlətçiliyə sədaqət dərsi olaraq ötürüləcəkdir.

Bu gün azad, abad və qüdrətli Şuşa Azərbaycanın sarsılmaz iradəsinin, əbədi müstəqilliyinin və tərəqqisinin ölməz rəmzi kimi əzəmətlə ucalır.

Yasəmən Kərimova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button