Şuşa Bəyannaməsi və Tarixi Qələbənin Siyasi Möhkəmləndirilməsi

Şuşa şəhərinin işğaldan azad olunmasından sonra burada imzalanan ən mühüm tarixi sənədlərdən biri 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd iki qardaş ölkə arasındakı münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldərək tarixi zəfərimizin siyasi nəticələrini möhkəmləndirdi.
Şuşa Bəyannaməsi Vətən müharibəsində qazanılan qələbənin diplomatik müstəvidə davamı kimi regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Sənəddə müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi əsas istiqamətlər kimi müəyyən edilmişdir.
Azad Şuşada bu cür mühüm beynəlxalq sənədin imzalanması bütün dünyaya Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və bu torpaqlarda əbədi söz sahibi olduğunu nümayiş etdirdi. Bəyannamə həm də Türk dünyasının birliyinin və həmrəyliyinin güclənməsinə xidmət edən mühüm siyasi sənəddir.
Bu gün Şuşa Bəyannaməsindən irəli gələn müddəalar uğurla icra olunur və iki qardaş dövlətin birgə səyləri regionun gələcək inkişafına xidmət edir. Şuşa şəhəri həm hərbi qələbənin, həm də böyük diplomatik uğurların məkanı kimi tarixə düşmüşdür.
Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri



