
Noyabrın 9-u Azərbaycanda və bütün dünyada qürurmənbəyimiz olan Dövlət Bayrağı Günüdür. Dövlət BayrağıGünü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsisedilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimirəsmiləşdirib.
Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilinaprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrənglibayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də NaxçıvanMuxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevintəşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı iləNaxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundanbir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağıkimi qəbul olunub. Həmin il oktyabrın 18-də “AzərbaycanRespublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktıilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətininvarisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağınıbərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan RespublikasıDövlət Bayrağının istifadəsi qaydaları haqqında” AzərbaycanRespublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazasıtəkmilləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağıbərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, ortazolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağınortasında bayrağın hər iki üzündə ağ rəngli aypara iləsəkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğunanisbəti 1:2-dir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəliolması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng – müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşılrəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadəedir.
Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərəkdeyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizimdövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizimmüstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər birAzərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusimünasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızınmilli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlıDövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.
Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksəkdəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanınsimvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayandövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürurmənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının vədiplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühümbeynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə vəidman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütünərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlıAzərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmənişğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuzCəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azadolunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününəən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsindəüçrəngli bayrağımızın Şuşada ucaldıldığını bəyan etdi. Bundansonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrəçıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildənsonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə birvaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlısəhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağdabaşlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdəöz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktəedən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eynizamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik vəuzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısınınətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixiZəfəri oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşənErmənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanunierməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüşmövqelərindən və hərbi postlardan çıxması və tərk-silaholunması, separatçı rejimin özü-özünü buraxması, eynizamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanıntəhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımıztam və qəti şəkildə bərqərar oldu.
Daha bir tarixi an isə 2023-cü il oktyabrın 15-də – dövlətimizinbaşçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyindəyaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızıucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyüksevinclə izlədi.
Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsindəəldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbiparadda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizinşanlı səhifələrinə əbədi həkk olundu.
Hazırda düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərinbərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsindəböyük addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyatyenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın genişperspektivindən xəbər verir. Artıq Qarabağda və ŞərqiZəngəzurda 30 minə yaxın insan məskunlaşıb və bu rəqəmsürətlə artmaqdadır. Yaxın üç ildə bu ərazilərə 140 min insanınköçürülməsi planlaşdırılır.
Bütün bu zəfərlər fonunda Azərbaycan xalqı Dövlət BayrağıGününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurlaqeyd edir.
Qeyd edək ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üçrəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlalideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmliAzərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri



