AnalitikaGündəmSiyasət

Şuşa – milli qürurumuzun ünvanı

Şuşa Azərbaycan tarixinin yalnız bir şəhəri deyil, milli yaddaşımızın, mədəniyyətimizin və mənəvi varlığımızın ayrılmaz parçasıdır. Qarabağın tacı adlandırılan bu şəhərin hər küçəsində tariximizin izi, hər daşında xalqımızın iradəsi yaşayır.

Şuşanın taleyi Azərbaycan xalqının taleyindən ayrı deyil. Onun azadlığı uğrunda göstərilən qəhrəmanlıq, Vətən müharibəsində nümayiş etdirilən misilsiz igidlik və 8 noyabr 2020-ci ildə qazanılan tarixi Zəfər xalqımızın yaddaşında əbədi yer tutacaq.

Bu gün Şuşa yenidən öz doğma nəfəsinə qovuşur. Mədəniyyət tədbirləri, bərpa işləri, quruculuq layihələri və Böyük Qayıdış prosesi şəhərin gələcəyə doğru inkişafının göstəricisidir. Şuşanın dirçəlişi həm də milli irsimizə sahib çıxmağın, tariximizi yaşatmağın təcəssümüdür.

Şuşanı sevmək onun tarixini bilmək, mədəniyyətini qorumaq və gələcək nəsillərə bütöv şəkildə ötürmək deməkdir. Bu şəhər bizim üçün sadəcə coğrafi məkan deyil, milli qürurumuzun və yaddaşımızın canlı ifadəsidir.

Şuşa bizimdir – dünən də, bu gün də, sabah da!

Şahzadə Abdurəhmənova,
YAP -ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button