AnalitikaGündəmSiyasət

Şuşa – zəfərimizin tacı, milli qürurumuz və mədəniyyətimizin incisi

8 Noyabr – Şuşa şəhəri günü münasibətilə

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz sənidirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin bu tarixi sözləri xalqımızın yaddaşına əbədi həkk olunmuş Zəfərin, milli birliyinvə sarsılmaz iradənin rəmzinə çevrilib.

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın döyünən ürəyi, milli ruhumuzun vəmənəvi dəyərlərimizin beşiyi olan Şuşa tariximizin ən şanlı səhifələrindən birinin canlışahididir. Əzəmətli dağları, füsunkar təbiəti, qədim qalası, tarixi abidələri, musiqiənənələri və zəngin mədəni irsi ilə seçilən bu şəhər Azərbaycan xalqının qəlbindəxüsusi yer tutur.

Şuşanın azadlığı – tarixi ədalətin təntənəsi

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı vəpeşəkarlığı nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Mürəkkəb relyefi, sıldırımqayaları və çətin keçidləri ilə seçilən şəhərin azad olunması hərb tariximizin möhtəşəmqəhrəmanlıq nümunələrindən biri oldu.

Şuşa əməliyyatı Azərbaycan əsgərinin Vətən sevgisinin, misilsiz cəsarətinin vəqələbə əzminin təcəssümünə çevrildi. Bu Zəfər xalqımızın uzun illər həsrətlə gözlədiyiarzunun gerçəkləşməsi, tarixi ədalətin bərpası və milli qürurumuzun yenidən ucalmasıdemək idi.

Şuşanın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolundahəlledici mərhələlərdən biri başa çatdı. Noyabrın 8-i xalqımızın yaddaşında yalnız hərbiqələbə deyil, həm də milli birliyin, dövlətçilik iradəsinin və Vətənə bağlılığın təntənəsikimi yaşayır.

Prezident İlham Əliyevin Şuşanın azad edilməsindən sonra Ulu Öndər HeydərƏliyevin məzarını ziyarət edərək ata vəsiyyətini yerinə yetirdiyini bildirməsi bu tarixihadisənin mənəvi əhəmiyyətini daha da artırdı. Bu, həm də Azərbaycanın dövlətçilikənənələrinə sədaqətin və nəsillər arasında mənəvi bağlılığın ifadəsi idi.

Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi

Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının vəincəsənətinin inkişafında müstəsna rol oynayıb. Bu şəhər dahi şəxsiyyətlərin, görkəmlişairlərin, bəstəkarların, xanəndələrin və musiqiçilərin yetişdiyi müqəddəs məkandır.

Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və bir çox digərgörkəmli sənətkarların adı Şuşanın zəngin mədəni irsi ilə ayrılmaz şəkildə bağlıdır. Azərbaycan muğamının, xanəndəlik sənətinin və klassik musiqi ənənələrinin inkişafındabu şəhərin xüsusi yeri vardır.

Şuşanın tarixi abidələri, məscidləri, qədim küçələri, bulaqları və memarlıqnümunələri xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəni irsin qiymətli inciləridir. Şuşahəm də Azərbaycan xalqının milli kimliyini, tarixi yaddaşını və mənəvi dünyasını özündəyaşadan şəhərdir.

2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elanedilməsi, həmin il mayın 31-də isə bu statusun hüquqi əsaslarını müəyyən edənqanunun qəbul olunması şəhərin ölkəmizin mədəni həyatındakı əhəmiyyətini bir dahatəsdiqlədi.

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi isə şəhərin tarixi və mədəniirsinin qorunması, tanıdılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühümaddım oldu.

Azad Şuşadan dirçəliş Şuşasına

Şuşanın azadlığı böyük tarixi qələbə idisə, onun yenidən qurulması və əvvəlkişöhrətinə qovuşdurulması bu qələbənin davamıdır. Azərbaycan dövləti işğaldan azadedilmiş şəhərin bərpasını, tarixi-mədəni irsinin qorunmasını və müasir yaşayış mühitininyaradılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Prezident İlham Əliyevin azadlıqdan sonra Şuşaya etdiyi çoxsaylı səfərlər şəhərindirçəldilməsi istiqamətində görülən işlərin ardıcıllığını və dövlətin bu məsələyə xüsusidiqqətini nümayiş etdirir.

2021-ci il yanvarın 15-də Cıdır düzündə olan dövlət başçısının sonrakı səfərlərizamanı şəhərin infrastrukturunun bərpası, tarixi abidələrin qorunması, yeni yaşayış vəictimai obyektlərin yaradılması ilə bağlı mühüm addımlar atıldı.

Elektrik təchizatının yaxşılaşdırılması, yolların çəkilməsi, məktəbin tikintisi, səhiyyəvə turizm infrastrukturunun inkişafı, tarixi məkanların bərpası Şuşanın gələcək inkişafıüçün möhkəm zəmin yaratdı.

Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovlarınmalikanə kompleksi və digər tarixi-memarlıq nümunələrinin bərpası şəhərin qədimsimasının qorunmasına xidmət edir. “Xarıbülbül” hotelinin yenidən qurulması, ŞuşaRəsm Qalereyası və Yaradıcılıq Mərkəzi ilə bağlı görülən işlər isə şəhərin mədənihəyatının canlandırılması baxımından əhəmiyyətlidir.

2021-ci ilin mayında Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının yenidənkeçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Bir vaxtlar doğma yurdlarından ayrı düşəninsanların həsrətinə şahidlik edən Şuşa yenidən musiqinin, sənətin və mədəniyyətinsəsinə büründü.

Şuşada keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları və forumlar şəhərintəkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm mədəni və ictimaimərkəzlərindən birinə çevrildiyini göstərir.

Şuşa – beynəlxalq əməkdaşlıq və mədəni dialoq məkanı

Şuşanın dirçəldilməsi onun tarixi əhəmiyyətinin beynəlxalq səviyyədə tanıdılmasıilə də müşayiət olunur. Şəhərdə təşkil edilən beynəlxalq görüşlər, forumlar və mədənitədbirlər Azərbaycanın zəngin irsini dünya ictimaiyyətinə təqdim etmək baxımındanmühüm əhəmiyyət kəsb edir.

2023-cü ildə Azərbaycan və Özbəkistan prezidentlərinin Şuşaya səfəri, 2024-cü ildə II Şuşa Qlobal Media Forumunun keçirilməsi şəhərin beynəlxalq əlaqələrsistemində mövqeyini gücləndirən hadisələr sırasındadır.

2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed AlNəhyanın Şuşaya səfəri çərçivəsində keçirilən görüşlər və mədəni məkanlarla tanışlıqda şəhərin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini nümayiş etdirdi.

2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndindəgörülən işlərlə tanış olması, doğma yurda qayıdan sakinlərlə görüşməsi, “Sadıqcanınevi”nin bərpadan sonra açılışında iştirakı və Qarabağ küçəsində həyata keçirilənlayihələrlə tanışlığı şəhərin bərpa və inkişaf prosesinin davam etdiyini göstərən mühümhadisələrdəndir.

Bütün bunlar Şuşanın keçmiş şöhrətini özünə qaytarmaqla yanaşı, onun gələcəyəinamla addımlayan müasir Azərbaycan şəhəri kimi inkişaf etdiyini təsdiqləyir.

Şuşa – qayıdışın, ümidin və gələcəyin ünvanı

Şuşanın dirçəlişi yalnız binaların, yolların və tarixi abidələrin bərpası iləməhdudlaşmır. Bu, həm də doğma yurda qayıdan insanların həyatının yenidənqurulması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərin öz tarixi köklərinədaha sıx bağlanması deməkdir.

Şuşanın hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın keçmişindən xəbər verir. Onun azad səmasında dalğalanan üçrəngli bayrağımız isə müstəqilliyimizin, suverenliyimizin və milli qürurumuzun rəmzidir.

Bu şəhər bizə Vətəni sevməyin, onu qorumağın və yaşatmağın nə qədərmüqəddəs olduğunu xatırladır. Şuşa qəhrəman əsgərlərimizin qanı və canı bahasınaazad edilərək xalqımıza qaytarılıb. Buna görə də onun qorunması, tarixi irsininyaşadılması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın Zəfər sevincini, qəhrəman şəhidlərimizinəziz xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycan dövlətinin gücünü özündəbirləşdirən əlamətdar gündür.

Bu gün Şuşa azadlığın sevincini yaşayır, mədəniyyətimizin səsini dünyaya çatdırırvə Azərbaycanın qüdrətini nümayiş etdirir.

Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərinehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığısayəsində bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır, milli musiqimiz səslənir vəhəyat yenidən canlanır.

Şuşa bizim tariximiz, qürurumuz, milli kimliyimiz və gələcəyə inamımızdır!

Şuşa azaddır! Şuşa dirçəlir! Şuşa əbədi Azərbaycandır!

 

Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru

Oxşar Xəbərlər

Back to top button