
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzunmöhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biriŞuşa şəhərinin Ermənistanın işğalından azad edilməsidir.
Müharibənin davam etdiyi 44 gün ərzində qəhrəman ordumuz şərəfli döyüş yolukeçərək Şuşaya doğru dayanmadan, inamla irəlilədi və bir vaxtlar xəyal kimi görünənarzumuz noyabrın 8-də reallaşdı: İgid əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək, əsl qəhrəmanlıq, mərdlik, rəşadətnümunəsi göstərərək Şuşa şəhərini işğaldan azad etdi. Bu möhtəşəm qələbə Prezidentİlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi: Şuşa şəhərinin işğaldan azad edilməsinintarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Azadlığına qovuşmuş Şuşa böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəmtədbirlərin məkanına çevrilib. İgid hərbçilərimizin Şuşaya doğru dağların, meşələrinqoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolu da salınıb və Prezident İlhamƏliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Dövlətimizin başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəriAzərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2021-ci il 31 may tarixində qəbul edilmiş“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” AzərbaycanRespublikasının Qanunu isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşaşəhərinin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliğinin hüquqi və təşkilatiəsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri DövlətQoruğu da yaradılıb.
Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci ilAzərbaycan Respublikasında “Şuşa İli” elan edilib.
Eyni zamanda Şuşa şəhəri həmin il martın 31-də Türkiyənin Bursa şəhərindəBeynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin MədəniyyətNazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün “Türk dünyasınınmədəniyyət paytaxtı”, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərindəkeçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün“İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbilşəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib.
Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr – Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhərgünlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəniəbədiləşdirmək məqsədi daşıyır.
Elnarə İsmayılova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



