
8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Bu tarix hərbirimiz və hamımız üçün qürurverici, iftixar dolu bir gündür. Çünki 2020-ci il noyabrayının 8-də iyirmi səkkiz illik işğaldan sonra Şuşa erməni qəsbkarlarından azad olundu.
Altı ildir ki, sevincini yaşadığımız bu günü həm qəhrəmanlıq, həm qürur, həm dəmilli birliyin təntənəsi kimi qeyd edirik. Azərbaycanın qeyrət qalası, Qarabağın döyünənürəyi, Qafqazın incisi adlandırılan Şuşa, gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də milli kimlik məsələsi idi. Zaman-zaman “Azərbaycan musiqisinin beşiyi“, “Şərqinkonservatoriyası” və başqa adlarla dillərdən düşməyən Şuşa, dünyanın harasındayaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur yeri, ucalıq rəmziolub. Şuşa yaddaşlara bu cür yazılmışdı, Şuşa ürəklərdə bu cür yaşayırdı. Ölkəmizinhər qarışı, hər addımı bizim üçün əziz və doğmadır, amma Şuşanın qəlbimizdə, ürəyimizdə öz yeri, öz məqamı var.
Şuşa heç də asanlıqla erməni işğalçılarından azad olunmayıb. Onun azadlığıuğrunda ordumuzun cəsur zabit və əsgərləri böyük cəsarətlə vuruşub, qəhrəmanlıq, igidlik göstəriblər. Bu müqəddəs məkanın azadlığı naminə qan töküblər, can qoyublar. Biri-birindən cəsur olan oğullarımız gərgin döyüşlərdən sonra düşməni diz çökdürüblər, məğlub ediblər. Ordumuzun Şuşa uğrunda apardığı döyüşləri hərbi ekspertlər hələ dəöyrənir, təhlil edirlər. Dövlətimizin başçısı noyabrın 8-də Fəxri xiyabanda Ulu ÖndərHeydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra, elə bumüqəddəs məkandan Şuşanın azad olunduğu xəbərini uca, ötkəm və qətiyyətli səsləbütün dünyaya bəyan etdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlhamƏliyevin Şəhidlər xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir! QarabağAzərbaycandır!” – deyərək Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Dövlətimizinbaşçısının bu tarixi və yaddaşlarda əbədi olaraq yaşayacaq Zəfər müjdəsi ilə eynivaxtda biz sanki dünyada yaşayan bütün azərbaycanlıların alqış səslərini eşitdik, sevincvə qürur hisslərini duyduq, gülümsər çöhrələrini gördük. Azərbaycan xalqı Müzəffər AliBaş Komandan İlham Əliyevin müraciətini ayaq üstə, sevinclə dinlədi. Hər birimiz üçünhəmin anlar unudulmazdır. Dövlətimizin başçısı müraciətinə belə xoş sözlərlə başladı: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyanedirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bumünasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdəntəbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indiazaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!” İkinci Qarabağ müharibəsindədüşmən üzərində qazanılan qələbəmizdən ötən beş il ərzində Şuşa inkişaf edir vəgözəlləşir. Hər birimiz üçün Şuşa yalnız torpaq, ərazi deyil, şəhər deyil, Şuşa milli qürur, milli mənlik tariximiz, kimliyimiz deməkdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Şuşatəkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər birvətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz birabidədir“.
1992-ci il mayın 8-də itirdiyimiz Şuşa 28 ildən sonra 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarıldı. Doğmadandoğma olan Şuşa indi zəfərimizin altıncı ilini təntənə ilə qeyd edir. Zaman keçdikcəŞuşa daha da gözəlləşəcək, Şuşa daha da dirçələcək! Dövlətimizin başçısınınAzərbaycan xalqına müraciətində dediyi kimi: “Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşabizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Səfərova Pərvanə,
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi



