
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəmqələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixitorpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpaedilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindənbiridir.
Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraqPrezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “AzərbaycanRespublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən hər il 8 noyabr tarixi ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü qeyd olunur. Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər AliBaş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuztərəfindən düşmən tapdağından azad olunmuş, erməni işğalçılarından təmizlənənşəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılmışdır.
Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətindəŞuşa şəhərinin işğaldan azad olunduğunu elan etmişdir.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilənəticələnən ən uğurlu əməliyyatlardan biridir.
Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm dəmədəniyyətimizin beşiyidir. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühümmərkəzlərindən olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onunsimasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsisiyasətini həyata keçirib.
Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyikimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil.
Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azadedilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! BizŞuşaya qayıtmışıq!
Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüşmeydanında qazandıq, danışıqlar masası arxasında yox“.
Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb.
Şəhərin əzəli və əbədi sahibləri ata-baba ocaqlarına qayıdandan sonra onuninkişafı daha da sürətlənib.
Şəhla İsmayılova,
YAP fəalı, MKS-nin 2 saylı kitabxana filialının müdiri



