AnalitikaGündəmSiyasət

Zəfər tarixinin gənc nəslə ötürülməsi milli məsuliyyətimizdir

Hər bir xalqın gələcəyi onun gənc nəslinin bilik səviyyəsindən, mənəvidəyərlərindən və milli tarixə münasibətindən asılıdır. Azərbaycanın 8 NoyabrZəfəri gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından mühüm tarixiörnəkdir. Bu qələbə sübut etdi ki, Vətənə bağlılıq, milli birlik və məqsədyönlüfəaliyyət dövlətin inkişafında həlledici rol oynayır. Zəfər tarixinin gənclərə düzgünçatdırılması onların milli kimliyini möhkəmləndirir və gələcək qarşısındaməsuliyyət hissini artırır.

Vətən müharibəsi zamanı Azərbaycan gəncləri cəsarət və fədakarlıq nümunəsigöstərdilər. Onların bir çoxu döyüş meydanında iştirak edərək torpaqlarımızınazadlığı uğrunda mübarizə apardı. Bu qəhrəmanlıq nümunələri gənc nəslə Vətənsevgisinin yalnız sözlə deyil, əməl və məsuliyyətlə ifadə olunduğunu göstərir. Bugün isə gənclərin qarşısında başqa mühüm vəzifələr dayanır: yüksək təhsil almaq, müasir texnologiyaları mənimsəmək, peşə bacarıqlarını inkişaf etdirmək vəölkənin tərəqqisinə töhfə vermək.

Təhsil müəssisələrində Zəfər Gününə həsr olunan tədbirlər, tarix dərsləri, maarifləndirici görüşlər və vətənpərvərlik layihələri gənclərin tarixi hadisələri dahadərindən anlamasına kömək edir. Bu tədbirlər vasitəsilə şagirdlər və tələbələrmüharibənin səbəbləri, qələbənin tarixi əhəmiyyəti, şəhidlərin qəhrəmanlığı vədövlətimizin inkişaf strategiyası barədə məlumat əldə edirlər. Tarixi biliklərindüzgün mənimsənilməsi gənclərin keçmişlə gələcək arasında mənəvi əlaqəqurmasına şərait yaradır.

Vətənpərvərlik yalnız tarixi qəhrəmanları tanımaqla bitmir. Bu anlayış həm dəvətəndaşlıq məsuliyyəti, qanunlara hörmət, ictimai fəallıq, dürüstlük və ölkənininkişafına fayda vermək istəyi ilə bağlıdır. Gənclər öz bilik və bacarıqları iləAzərbaycanın iqtisadi, elmi, mədəni və texnoloji inkişafında iştirak etməlidirlər. Müasir dünyada rəqabətədavamlı dövlət qurmaq üçün savadlı, yaradıcı vətəşəbbüskar gənclərin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Zəfər Günü gənc nəslə həm keçmişin qəhrəmanlığını, həm də gələcəyinməsuliyyətini xatırladır. Qazanılmış tarixi nailiyyətlərin qorunması vəAzərbaycanın daha da gücləndirilməsi gənclərin fəal iştirakı ilə mümkün olacaq. Bu baxımdan Zəfər tarixinin öyrədilməsi yalnız keçmişin təbliği deyil, eynizamanda gələcəyin vətəndaşlarının formalaşdırılması prosesidir.

 Fatma İsmayılova,
YAP Xətai rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button