
29 oktyabr 2026-cı il tarixində YAP Hacıqabul rayon təşkilatının Meyniman kənd ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov VIII Qurultayın Azərbaycanın suverenliyinin tam bərpasından sonra yeni tarixi şəraitdə qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin çıxışında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi potensialın artırılması və ölkənin gələcək inkişafının təmin olunması kimi məsələlər xüsusi yer tutur. Bu vəzifələrin həyata keçirilməsi hər bir sahədə çalışan insanların öz fəaliyyətinə məsuliyyətlə yanaşmasını, ümumi məqsədlər naminə səylərini birləşdirməsini tələb edir.
Hacıqabul rayon Ağsaqqallar İdarəsinin sədri Sahib Aslanov çıxışında qurultayda müəyyənləşdirilən inkişaf istiqamətlərinin ölkənin müxtəlif sahələrində çalışan kollektivlər qarşısında da yeni vəzifələr qoyduğunu bildirib. O, Qurultayda səsləndirilən fikirlərin dövlətçilik məsuliyyəti, milli həmrəylik və vətənə xidmət baxımından əhəmiyyətini vurğuladı. Natiq ölkənin əldə etdiyi nailiyyətlərin qorunması, əmək intizamının gücləndirilməsi, kollektivdə məsuliyyətli iş mühitinin formalaşdırılması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılması məsələlərinə toxunub.
Sonda qurultaydan irəli gələn vəzifələrin mahiyyəti ətrafında fikir mübadiləsi aparılıb, dövlətçilik prinsiplərinin təşviqi və partiya fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.




