
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər ikili standartlar siyasətininbeynəlxalq münasibətlərdən tamamilə çıxarılması və cəmiyyətdə bu yanaşmaya sıfırtolerantlıq göstərilməsi ilə bağlı mövqeyi yalnız konkret siyasi vəziyyətinqiymətləndirilməsi deyil, həm də beynəlxalq münasibətlərin daha ədalətli prinsiplərəsasında qurulmasına yönəlmiş çağırış kimi dəyərləndirilə bilər.
İkili standartlar siyasəti mahiyyət etibarilə eyni hadisələrə, hüquq pozuntularına vəsiyasi proseslərə müxtəlif meyarlarla yanaşılması deməkdir. Bir dövlətin hərəkətləribeynəlxalq hüququn pozulması kimi qiymətləndirildiyi halda, oxşar davranışlar başqadövlət tərəfindən törədildikdə susqunluqla qarşılanır və ya müxtəlif bəhanələrləəsaslandırılır. Nəticədə beynəlxalq hüququn universal xarakteri zəifləyir, beynəlxalqtəşkilatlara inam azalır, siyasi qərarların obyektivliyi və legitimliyi şübhə altına düşür.@
Beynəlxalq hüququn gücü onun ayrı-ayrı dövlətlərə münasibətdə necə tətbiqolunmasından asılıdır. Hüquqi normalar yalnız siyasi və iqtisadi baxımdan zəif dövlətlərüçün məcburi xarakter daşıyırsa, güclü dövlətlər isə öz maraqlarını əsas gətirərəkhəmin normalardan kənara çıxa bilirlərsə, bu zaman beynəlxalq hüququn bərabərlikprinsipi formal xarakter alır. Belə şəraitdə qaydalara əsaslanan dünya nizamı haqqındabəyanatlar ilə real siyasi davranışlar arasında ciddi ziddiyyət yaranır.
İkili standartların fəsadları xüsusilə müharibə və münaqişələrin həlli prosesindəözünü göstərir. Eyni hüquqi prinsiplərin müxtəlif regionlarda fərqli şəkildə tətbiqibeynəlxalq münasibətlərdə etimadı sarsıdır, münaqişə tərəflərinin mövqelərinisərtləşdirir və diplomatik vasitələrin təsir imkanlarını məhdudlaşdırır. Bir tərəfdən ərazibütövlüyü və suverenlik prinsipləri müdafiə edilir, digər tərəfdən isə oxşar vəziyyətlərdəbu prinsiplərə münasibət siyasi maraqlara uyğun dəyişirsə, beynəlxalq sisteminobyektivliyinə inam zəifləyir.
Azərbaycanın təcrübəsi bu müzakirələr baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz uzun illər ərazilərinin işğalı, məcburi köçkünlük və münaqişənin nəticələri iləüzləşib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsiplərifadə olunmuş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasına dair tələblər irəlisürülmüşdü. Lakin bu sənədlərin tələblərinin uzun müddət tam icra edilməməsibeynəlxalq hüququn tətbiqində ardıcıllıq məsələsini gündəmə gətirirdi.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərinin bir hissəsiniişğaldan azad etdi, 2023-cü ilin sentyabrında isə suverenliyini bütün ərazisində bərpaetdi. Bu proseslərin beynəlxalq hüquq kontekstində qiymətləndirilməsi zamanıdövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq öhdəliklərin icrası prinsipləri əsasgötürülməlidir. Eyni zamanda, istənilən münaqişənin nəticələrindən asılı olmayaraq, beynəlxalq humanitar hüququn tələblərinə, mülki əhalinin müdafiəsinə və insanhüquqlarına hörmət universal meyar olaraq qalmalıdır. Ədalətli yanaşma hüququnyalnız siyasi məqsədlərə uyğun gələn hissəsinin deyil, bütövlükdə tətbiqini tələb edir.
Prezident İlham Əliyevin ikili standartlara qarşı sıfır tolerantlıq çağırışı da bubaxımdan daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılması ilə bağlıprinsipial mövqeni ifadə edir. Ədalətli dünya nizamı yalnız güc balansı ilə deyil, dövlətlərin hüquq qarşısında bərabərliyi, suverenliyə hörmət və ümumi qaydaların hamıüçün eyni şəkildə tətbiqi ilə mümkündür. Beynəlxalq ictimaiyyətin qarşısında duran əsasvəzifə məhz bəyan edilən prinsiplərlə real siyasi davranışlar arasındakı uçurumu aradanqaldırmaq və hüququn gücdən üstün olduğu sistemin formalaşmasına nail olmaqdır.
Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi



