AnalitikaGündəmSiyasət

Qubadlı şəhəri günü – Zəfərdən inkişafa doğru

25 oktyabr Qubadlı şəhər günü xalqımızın tarixi qələbəsini,doğma torpaqlara qayıdışını və azad edilmiş ərazilərdə yeni həyatın başlanmasını təcəssüm etdirir.Qubadlının azad edilməsi AZƏRBYCANIN ZƏFƏR yolunda mühüm mərhələ oldu.Bu gün Qubadlıda aparılan quruculuq işləri şəhərin gələcəyinə olan inamı daha da artırır.

Qubadlıya öz sahiblərinin qayıtması tarixi ədalətin bərpasıdır.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi.

Bu qələbə ordumuzun gücünü ,xalqımızın birliyini və Vətən sevgisini nümayiş etdirdi , Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da yaxınlaşdırdı.

Qubadlı Azərbaycanın cənub-qərbində ,Qarabağ yaylasının cənub -şərqində yerləşir.Rayon əlverişli coğrafi mövqeyi ,təbii sərvətləri və tarixi əhəmiyyəti ilə seçilir.Bu torpaq xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir.

Ermənistanın işğal dövründə həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti beynəlxalq hüquq normalarına zidd idi.İşğal nəticəsində Qubadlı əhalisi doğma yurdlarından didərgin düşmüş,şəhər və kəndlər dağıntılara məruz qalmışdır.

Tarixi -mədəni abidələrə vurulan ziyan rayonun irsinə ağır zərbə olmuşdur.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi.

Bu hadisə Vətən müharibəsində strateji əhəmiyyət daşıdı və sonrakı qələbəmizə mühüm töhvə verdi.

Qubadlının azad olunması xalqımızın birliyinin,Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin qətiyyətinin təntənəsi oldu.Bu gün Qarabağda yeni inkişaf tarixi başlanıb.Şəhərdə və kəndlərdə bərpa-quruculuq işləri aparılır,müasir infrastruktur yaradılır,əhalinin doğma torpaqlarina qayıdışı ücün şərait formalaşdırılır.Prezident İLHAM ƏLİYEVİN Qubadlıya səfərləri,burada həyata keçirilən layihələrlə tanış olması rayonun inkişafına dövlət səviyyəsində böyük diqqət göstərdiyini təsdiqləyir.

2023- cü il sentyabrın 5-də Prezident İLHAM ƏLİYEV YENİ QUBADLI-LAÇIN avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzaladı.Sərəncama əsasən ,layihə üçün 20 milyon manat vəsait ayrıldı.Bu yolun çəkilməsi bölgənin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

25 oktyabr -QUBADLI ŞƏHƏRİ GÜNÜ xalqımızın qürur və sevinc günüdür.Bu əlamətdar tarix azadlığımızı,milli birliyimizi və doğma torpaqlarımıza qayıdışımızı ifadə edir.

QUBADLI ŞƏHƏRİ GÜNÜ YALNIZ bir şəhərin azad olunmasının ildönümü deyil.Bu gün həm de qəhrəman əsgər və zabitlərimizin şücaətinə ,şəhidlərimizin müqəddəs xatirəsinə və xalqımızın birliyinə ehtiram günüdür.İnanırıq ki,Qubadlı yenidən Azərbaycanın imkişaf etmiş və abad şəhərlərindən birinə çevriləcək,dirçələcək, öz sakinlərinin gülüşü ilə canlanacaq və Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevriləcək.

Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button