AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qubadlı rayonunda təhsil və səhiyyə infrastrukturunun yenidən qurulması dövlət proqramında

Azərbaycan Respublikasının sosial siyasətinin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərdə müasir təhsil və səhiyyə müəssisələrinin inşasıdır. Qubadlı rayonunda da həyata keçirilən “Böyük Qayıdış” tədbirləri çərçivəsində məktəblərin, uşaq bağçalarının və tibb məntəqələrinin tikintisi layihələndirilmişdir. Dövlət bu obyektlərin ən müasir avadanlıqlarla təchiz olunmasını təmin edir.

Təhsil Nazirliyi tərəfindən Qubadlıda qurulacaq təhsil ocaqlarının müasir İKT vasitələri ilə təchiz edilməsi və yüksək standartlara cavab verməsi nəzərdə tutulur. Bu təhsil müəssisələri qayıdacaq əhalinin uşaqlarının keyfiyyətli təhsil almasını təmin edəcəkdir. Dövlət gənc nəslin intellektual inkişafı üçün hər cür şərait yaradır.

Səhiyyə sahəsində isə rayon sakinlərinə ilkin tibbi yardımın göstərilməsi məqsədilə müasir tibb mərkəzləri və xəstəxanalar inşa olunur. Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının qorunması dövlət tərəfindən tam şəkildə tənzimlənir. Bu sosial infrastruktur vətəndaşların bölgədə dinc və təhlükəsiz yaşamasına təminat verir.

Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən bu sosial layihələr Qubadlı rayonunun həyatının hər sahəsində canlanma yaradır. Təhsil və səhiyyə obyektlərinin bərpası dövlətin vətəndaşına olan diqqətinin və qayğısının bariz nümunəsidir. Qubadlıda yaradılan bu şərait regionun sosial inkişafını təmin edir.

Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button