GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 3” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərov və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısı, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması və onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Həmçinin YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin icrası, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının gənc nəslə aşılanması məsələlərinə toxunulub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanların əhəmiyyəti qeyd edilib.

Oxşar Xəbərlər

Back to top button