
İclas iştirakçıları əvvəlcə müasir Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bildirib ki, YAP-ın VIII Qurultayı təkcə partiya həyatında deyil, bütövlükdə ölkənin siyasi gündəmində mühüm yer tutan tarixi hadisədir. Onun sözlərinə görə, partiyanın ideya-siyasi əsası Ümummilli Liderin dövlətçilik irsinə söykənir və VIII Qurultay bu irsə sədaqətin bariz nümunəsi oldu.
A.Ağayev vurğulayıb ki, Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər qarşıdakı mərhələ üçün yol xəritəsi rolunu oynayır. Dövlət başçısının çıxışında müəyyənləşdirilən hədəflərin yerlərdə düzgün izahı, ərazi təşkilatlarının işinin daha da canlandırılması və partiya üzvlərinin aktivliyinin artırılması bu gün əsas vəzifələrdəndir.
Sonda Kommunal Təsərrüfat İdarəsi ərazi partiya təşkilatında Qurultay qərarlarının icrası, təşkilati işin gücləndirilməsi və qarşıda duran işlər barədə geniş fikir mübadiləsi aparılıb.








