GündəmSiyasət

Təhsildə milli-mənəvi dəyərlərin təbliği və ideoloji təhlükəsizlik məsələləri müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “İsmayıl Məmmədov küçəsi, 82” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində təhsil müəssisələrinin və partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik prinsiplərinə hörmət ruhunda yetişdirilməsinin və ideoloji təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.

129 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova çıxışında təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətini qeyd edib. O, müəllimlərin gənclərin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında və zərərli informasiya təsirlərinə qarşı maarifləndirmə işində mühüm rol oynadığını bildirib.

Digər iştirakçılar da çıxışlarında gənclərin maarifləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və təhsil müəssisələrində ideoloji işin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, təhsilin qarşısında duran prioritetlər və gənc nəslin məsuliyyətli, vətənpərvər və savadlı vətəndaşlar kimi yetişdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button