
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. O, milli dövlətçilik prinsiplərinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsində təhsil müəssisələrinin əhəmiyyətini vurğulayıb.
70 nömrəli məktəb-liseyin direktoru Kəmalə Rəsulova çıxışında Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən təhsil siyasətinin qarşıya qoyduğu hədəflərə toxunub. O, təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təlim metodlarının tətbiqi, şagirdlərdə tənqidi düşüncə və rəqəmsal bacarıqların inkişafı, müəllim nüfuzunun artırılması, eləcə də milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaşların yetişdirilməsinin əsas prioritetlər olduğunu qeyd edib.
Digər iştirakçılar da çıxışlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, təhsil müəssisələrində ideoloji maarifləndirmənin gücləndirilməsi və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi məsələlərinə münasibət bildiriblər.




